İtaliyada zəlzələ olub.

Xeber.ws "Report"a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeraltı təkanlar İskya adasında qeydə alınıb. İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, 3,6 bal gücündə zəlzələ yerli vaxtla saat 20:58-də qeydə alınıb. 

Zəlzələnin episentri adanın qərb sahillərində, zəlzələ ocağı isə 10 kilometr dərinllikdə yerləşib.

Şahidlərin sözlərinə görə, yeraltı təkanlar adanın müxtəlif yaşayış məntəqələrində aydın hiss olunub və çoxsaylı sakinlər, turistlər arasında təlaşa səbəb olub. Bir çox insanlar qorxudan küçələrə çıxıblar.

Daxil olan xəbərlərə görə, zəlzələ Kazamiççola-Terme ərazisində dağıntılara səbəb olub. Xəsarət alanların olduğu, bəzi insanların itkin düşdüyü bildirillir. 

YOUR REACTION?

Facebook Conversations