90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov bürünc medala sahib olub.

Tailandın paytaxtı Taypeydə keçirilən XXIX Yay Universiadasında Azərbaycanın daha bir cüdoçusu medal qazanıb.

Xeber.ws "Report"a istinadən verdiyi məlumata görə, 90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov bürünc medala sahib olub. 

Mübarizəyə 1/16 final mərhələsindən başlayan Dadaşov kolumbiyalı David Bahamon Pinzonu 31 saniyəyə, italiyalı Nikolas Munqayı 32 saniyəyə yendikdən sonra yaponiyalı Şoixiro Mukaya uduzub. Lakin təsəlliverici görüşlərdə o, latviyalı Davis Dudanı və qazaxıstanlı Sunqqat Zakaryayevi məğlub edərək mükafatçılar sırasına düşməyi bacarıb.

Qeyd edək ki, yarışın ilk günündə Zelim Kotsoyev (100 kq) qızıl medal qazanıb.

YOUR REACTION?

Facebook Conversations